• Bakı C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

ABŞ “Müsəlman qardaşları”nı terror təşkilatı elan etdi

DÜNYA

09 Mart 2026 | 21:00

ABŞ “Müsəlman qardaşları”nı terror təşkilatı elan etdi

Tramp administrasiyası “Müsəlman qardaşları”nın Sudan qolunu terror təşkilatı elan edərək, onu İrandan təlim və digər dəstək almaqda ittiham edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Qeyd edilib ki, bu, ABŞ-nin qrupun terror təşkilatı elan etdiyi dördüncü qoludur.

Dövlət Departamenti bildirib ki, Sudan qolu xüsusi təyin olunmuş qlobal terrorçu qrupu kimi təsnif ediləcək və 16 martda Konqresdə keçiriləcək müzakirələrdən sonra xarici terror təşkilatı adlandırılacaq. Bildirilib ki, qrup həm də mülki şəxslərin kütləvi edamlarına görə məsuliyyət daşıyır.


SON XƏBƏRLƏR