• Bakı 15° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0175

ABŞ-nin bu addımı, Ermənistanın canfəşanlığı sülhə xidmət etmir: Çıxış yolu nədir?

SİYASƏT

24 Iyul 2024 | 16:42

ABŞ-nin bu addımı, Ermənistanın canfəşanlığı sülhə xidmət etmir: Çıxış yolu nədir?

ABŞ Ermənistan Müdafiə Nazirliyinə müşavir təyin edəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, Amerika ordusunun nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində çalışacaq.

Dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya da bunu təsdiqləyib.

ABŞ-nin Ermənistandakı səfiri Kristina Quinn bildirib ki, ABŞ və Ermənistan təhlükəsizlik və müdafiə məsələləri üzrə “çox aktiv və mənalı” müzakirələr aparır. Onun sözlərinə görə, Vaşinqton Ermənistan Müdafiə Nazirliyinə nümayəndə təyin etməklə İrəvana təhlükəsizlik idarəçiliyinin təkmilləşdirilməsində dəstək vermək niyyətindədir. Bu da öz növbəsində Ermənistan-Amerika münasibətlərinin möhkəmlənməsinə kömək edəcək. Səfirlikdən bildirilib ki, müşavir Dövlət Departamenti tərəfindən maliyyələşəcək. O, Ermənistanın müdafiə institutlarının gücləndirilməsinə köməklik göstərəcək. Müdafiə Nazirliyi ilə müntəzəm işgüzar əlaqələrə malik olacaq. Müşavirin bu ilin sonunda işə başlayacaq.

Siyasi şərhçi Həsrət Rüstəmov Bakıvaxtı.az-a deyib ki, ABŞ-nin bu addımı dövlətlərarası münasibətlərə sığmayan, aşkar xristian təəsübkeşliyindən doğan bir hadisə kimi dəyərləndirilməlidir.

Onun sözlərinə görə, bu, Cənubi Qafqazda supergüclərin ciddi maraqlarının olmasını bir daha təsdiq edir:

"Görünən odur ki, Vaşinqton Ermənistanı tamamilə öz nəzarətinə keçirmək üçün hərəkətə keçib. Bu yolla həm region, həm də burada marağı olan dünya güclərinin gözlənən reaksiyalarını götür-qoy edir. Çox güman, Rusiya və ola bilsin Çin digər iki Qafqaz ölkəsinə diqqətlərini daha da artırsınlar. Regionda hələ sülh müqaviləsi imzalanmamış yeni hərbi qarşıdurmaya zəmin hazırlamağa cəhd edənlər var”.

Müsahibimiz hesab edir ki, ona görə də ABŞ-nin bu addımı, o cümlədən Ermənistanın bu istiqamətdəki canfəşanlığı birmənalı olaraq sülhə xidmət etmir.

Həsrət Rüstəmov: Vaşinqton Ermənistanı tamamilə öz nəzarətinə keçirmək üçün hərəkətə keçib

“Çıxış yolumuz isə əlbəttə ki, var. Bu yol Türkiyə ilə daha sıx hərbi-siyasi ittifaqın yaradılması, qardaş ölkənin regionda hərbi üstünlüyünün təmin edilməsindən ibarətdir. Eyni zamanda biz digər maraqlı tərəflərlə, o cümlədən ABŞ ilə regionda aşırı hərbiləşmədən qaçmaq üçün diplomatik münasibətlərimizi inkişaf etdirməyə çalışmalıyıq. Həmçinin, Ermənistanla sülh danışıqlarını sürətləndirməli və kənar güclərə fürsət verməmək üçün çalışmalıyıq", - deyə Həsrət Rüstəmov qeyd edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

29 Oktyabr 2024