• Bakı 16° C

    7.56 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

ABŞ-nin bu ölkədəki səfirliyi BAĞLANACAQ: Səbəbi...

DÜNYA

17 Dekabr 2024 | 09:46

ABŞ-nin bu ölkədəki səfirliyi BAĞLANACAQ: Səbəbi...

ABŞ-nin Vanuatudakı səfirliyi zəlzələ səbəbindən bağlanacaq.

Bakıvaxtı.az xəbər verir ki, Bu barədə ABŞ-ın Papua-Yeni Qvineyanın paytaxtı Port Moresbi missiyası X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Məlumata görə, Vanuatunun paytaxtı Port Viladakı ABŞ səfirliyi zəlzələdə ciddi ziyan görüb.

Qeyd edək ki, Vanuatu sahillərində 7,4 maqnitudalı zəlzələ olub.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 12:47-də (Bakı vaxtı ilə saat 05:47-də) paytaxt Port Viladan 25 km qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 28 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində ABŞ-nin Sunami Xəbərdarlıq Sistemi sunami təhlükəsi elan edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

25 Aprel 2025