ABŞ uzun fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki səfirliyini yenidən açıb.
Bakıvaxtı.az musavat.com-a istinadən xəbər verir ki, ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi və eyni zamanda Türkiyədəki səfiri Tomas Barak Suriya xarici işlər naziri Əsəd əl-Şibani ilə birlikdə ABŞ səfirinin Dəməşqdəki rəsmi rezidensiyasının açılışını həyata keçirib.
Bu barədə məlumatı Suriya dövlət informasiya agentliyi SANA yayıb.
ABŞ səfirliyinin yenidən fəaliyyətə başlaması regionda diplomatik dinamikanın dəyişməsi və Vaşinqtonla Dəməşq arasında münasibətlərdə ehtiyatlı yaxınlaşma ehtimalı kimi qiymətləndirilir.