• Bakı C

    13.13 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

ABŞ-nin İrana zərbələr zamanı istifadə etdiyi TAKTİKA AÇIQLANDI

DÜNYA

28 Fevral 2026 | 19:04

ABŞ-nin İrana zərbələr zamanı istifadə etdiyi TAKTİKA AÇIQLANDI

CNN telekanalının jurnalisti Cim Syutto yüksək rütbəli amerikalı rəsmisyə istinadən İrana endirilən zərbələr zamanı ABŞ-nin tətbiq etdiyi taktikanı açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq məlumat jurnalistin "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

Mənbənin verdiyi məlumata görə, Vaşinqton aralıq mərhələləri olan və gücünə görə bir-birini üstələyən silsilə zərbələr planlaşdırıb.

"Hər dalğa qruplaşma və dəymiş ziyanın qiymətləndirilməsi üçün fasilələr verilməklə bir-iki gün davam edəcək", - deyə o yazıb.

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında İsrail ABŞ ilə birlikdə İrandakı obyektlərə zərbələr endirib. Cavab olaraq İran İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.

 

 


SON XƏBƏRLƏR