• Bakı 10° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

"ABŞ-nin tələbi ilə siyasi sistem dəyişdirilməyəcək"

DÜNYA

20 Mart 2026 | 13:08

ABŞ-nin tələbi ilə siyasi sistem dəyişdirilməyəcək

"Kuba ABŞ-ni sakitləşdirmək üçün Prezident Migel Dias-Kanelin vəzifədən kənarlaşdırılmasını, "dostcasına ələ keçirməni" və ya siyasi sistemdə dəyişiklik etməyi düşünmür".

Bakıvaxtı.az xəbər verir ki, bunu Kubanın BMT-dəki daimi nümayəndəsi Ernesto Soberon Quzman "Bloomberg" agentliyinə müsahibəsində deyib.

Diplomat vurğulayıb ki, Kuba, ABŞ tərəfindən tətbiq edilən neft blokadasına baxmayaraq, Ağ Ev ilə sazişin bu şərtinə razı olmayacaq. Onun sözlərinə görə, ölkələr arasında danışıqlar qarşılıqlı hörmətə əsaslanmalıdır, lakin Prezident Donald Tramp təhdidlərini yerinə yetirərsə, Havana sərt müqavimət göstərəcək.

"Əgər kimsə Kubaya hücum etməyə və ya Kubaya qarşı təcavüz etməyə çalışarsa, bütün millətlə qarşılaşacaq. Suverenliyimizi, müstəqilliyimizi nəyin bahasına olursa-olsun müdafiə etməyə hazır olan 10 milyon insan. Kubada neçə ABŞ prezidentinin hökuməti dəyişdirməyə çalışdığını saya bilmədim. Və biz hələ də buradayıq", - deyə Quzman əlavə edib.


SON XƏBƏRLƏR

19 Mart 2026