• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı

CƏMİYYƏT

17 Sentyabr 2026 | 13:42 | Müəllif: Gülşən Şərif

ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı

ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc Turan Fehruz oğlu İslamlı həyatına son qoyub.

Bakıvaxtı.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, Turan İslamlı Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. Onun atası əslən Laçın rayonundandır. Ailə uzun illərdir Bərdədə məskunlaşıb.

Məlumata görə, Turan ixtisasca mühəndis olub. O, Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. Bir müddət Şuşada memar kimi fəaliyyət göstərib, daha sonra ABŞ-a gedib və ordu sıralarında xidmət edib.

T.İslamlı həmçinin güclü şahmatçı kimi tanınıb. Ailədə ata-anası, iki qardaşı və bir bacısı olub.

Yaxınları bildirib ki, Turan “Green Card” qazanıb və ABŞ-a gedib: “Bundan sonra ABŞ-a gedərək orduya daxil olub.

Turan bütün fənləri yaxşı bilib və ingilis dilində imtahan verib. O, dünən məzuniyyətə Bakıya gəlib və səhər saatlarında həyatına son qoyub”.

Qeyd edək ki, hadisənin səbəbləri barədə hələlik əlavə məlumat yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026