Tramp administrasiyasının rəsmiləri “lazım gələrsə” İrana zərbə endirmək ehtimalı ilə bağlı ilkin müzakirələr aparıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrinə istinadən məlumat verib.
Qeyd edilib ki, danışıqlar ilkin mərhələdədir və istənilən planlaşdırma prosesinin standart hissəsidir. Nəşrin mənbələri əlavə edib ki, İran qaçılmaz hücumla üzləşmir, ABŞ-nin İslam Respublikasına qarşı hərəkət planı hələ razılaşdırılmayıb və hərbi texnika və qoşunlar zərbəyə hazırlıq məqsədilə yerləşdirilməyib.
Daha əvvəl Amerika Prezidenti Donald Tramp ABŞ-nin zəruri hesab etdiyi təqdirdə İslam Respublikası rəhbərliyinə "güclü zərbə" endirə biləcəyi fikrini irəli sürmüşdü.
Bakı 




