• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

ABŞ Rusiya mediasına qarşı sanksiyalar tətbiq edir

DÜNYA

05 Sentyabr 2024 | 10:24 | Müəllif: Əli Hüseynov

ABŞ Rusiya mediasına qarşı sanksiyalar tətbiq edir

ABŞ Rusiyada fəaliyyət göstərən bəzi xəbər və media qurumlarına, həmçinin, şəxslərə sanksiya tətbiq etmək qərarına gəlib.

Bakıvaxtı.az bu barədə yerli medianın yaydığı məlumatlara istinadən xəbər verir.

Rəsmi ABŞ 10 nəfəri, o cümlədən əvvəllər “Russia Today” kimi tanınan RT-nin əməkdaşlarını 2024-cü il prezident seçkiləri ərəfəsində dezinformasiya yaymaqda ittiham edib. 

ABŞ Ədliyyə Nazirliyi Rusiyanın istifadə etdiyi 32 internet domenini də ələ keçirib. 

Ölkənin Maliyyə Nazirliyi sanksiya siyahısına RT əməkdaşları və "Rahdit" haker qrupunun üzvləri də daxil olmaqla 10 nəfəri daxil edib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026