• Bakı C

    9.83 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

ABŞ söz verdi, onlara güvənə bilərik - Orban

DÜNYA

09 Noyabr 2025 | 16:42

ABŞ söz verdi, onlara güvənə bilərik - Orban

ABŞ Macarıstanın maliyyə sisteminin siyasi və ya spekulyativ məqsədlər üçün həyata keçirilə biləcək xarici hücumlardan qorunmasını təmin edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

“Amerikalılar Macarıstanın maliyyə sisteminə hər hansı bir xarici hücum olarsa, qoruyacaqlarına söz veriblər. Bu, çox vacibdir. Əgər Macarıstana kənardan, məsələn, spekulyativ və ya siyasi məqsədlər üçün hücum edilərsə, biz Amerikanın maliyyə müdafiəsinə güvənə bilərik”, - Orban bildirib. .


SON XƏBƏRLƏR

24 Dekabr 2025