• Bakı 24° C

    15.9 m/s

ABŞ və Avropa Ukrayna ilə bağlı hərbi variant hazırlayır

DÜNYA

21 Avqust 2025 | 19:44

ABŞ və Avropa Ukrayna ilə bağlı hərbi variant hazırlayır

Birləşmiş Ştatlar və bir sıra Avropa ölkələri Ukraynadakı münaqişənin nizamlanması məqsədilə mümkün hərbi əməliyyat ssenarilərini hazırladıqlarını açıqlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, Qərb tərəfi bu addımın danışıqları dəstəkləməyə və regionda sülhün təmin edilməsinə yönəldiyini bildirir.

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin mətbuat xidməti tərəfindən yayılan yazılı bəyanatda bildirilir ki, avqustun 19–20-də Vaşinqtonda Finlandiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Ukrayna və ABŞ nümayəndələri, eləcə də NATO-nun Avropadakı Ali Baş Komandanı ABŞ generalı Aleksus Qrinkeviçin iştirakı ilə görüş keçirilib.

“Baş Qərargah rəisləri danışıqları dəstəkləmək və Avropada birgə sülhü təmin etmək üçün hərbi əməliyyat variantları hazırlayıblar”, - deyə bəyanatda vurğulanır.

Sənəddə qeyd olunur ki, bu variantlar diplomatik səylərlə paralel şəkildə nəzərdən keçirilmək üçün aidiyyəti ölkələrin milli təhlükəsizlik müşavirlərinə təqdim ediləcək: “Danışıqlar davam etdikcə planlaşdırma və koordinasiya prosesi də davam etdiriləcək".

Bəyanatda konkret hansı hərbi variantların nəzərdə tutulduğu açıqlanmayıb.


SON XƏBƏRLƏR