"ABŞ və Türkiyə Suriyadakı böhranın həlli və ölkənin gələcəyi ilə bağlı razılığa gəlib".
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.
Onun sözlərinə görə, Suriyanın gələcək hökumətinin işi qadınların, eləcə də etnik və dini azlıqların hüquqlarının müdafiəsinə yönəlməlidir:
"ABŞ və Türkiyə arasında Suriyada əhatəli və dünyəvi bir hökumətdən başlayaraq gələcəkdə nə görmək istədiyimizlə bağlı geniş razılıq var. Suriyanın yeni hakimiyyət orqanları hər hansı ekstremist qruplarla əməkdaşlıqdan imtina edəcək və qonşuları üçün təhlükə yaratmayacaq. Həmçinin Suriya öz ərazisində kimyəvi silahlar taparsa, onların axtarışına və məhv edilməsinə icazə verəcək".
Gülşən Şərif