ABŞ iqtidarı xarici məmurlar və, Vaşinqtonun versiyasına görə, amerikalı vətəndaşların söz azadlığı hüququnu məhdudlaşdırmaqda iştirak edən şəxslər üçün vizaların verilməsinə yeni məhdudiyyətlər siyasəti tətbiq etmək qərarına gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio sosial şəbəkədə yazıb.
“Uzun müddətdir ki, amerikalılar öz söz azadlığı hüquqlarını həyata keçirdikləri üçün xarici iqtidarlar tərəfindən cərimələrə, təqiblərə və hətta ittihamlara məruz qalıblar. Bu gün amerikalılara qarşı senzurada iştirak edən xarici məmurlara və şəxslərə tətbiq ediləcək yeni viza məhdudiyyətləri siyasətini elan edirəm”, – o bildirib.