• Bakı 16° C

    0.53 m/s

ABŞ Yəmənə növbəti zərbələr endirəcək - "Politico"

 

DÜNYA

03 Fevral 2024 | 09:19

ABŞ Yəmənə növbəti zərbələr endirəcək - "Politico"

ABŞ İordaniyadakı hərbi bazasına hücuma cavab olaraq Yəməndəki hədəflərə növbəti zərbələr endirməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə iki amerikalı rəsmiyə istinadən "Politico" məlumat yayıb.

"Daha çox hücumlar gözlənilir, növbəti hədəflər Yəməndə olacaq", - məlumatda deyilir.

Bundan əvvəl ABŞ-nin silahlı qüvvələri İraq və Suriyada 85-dən çox hədəfə hücum edib. Bu, İordaniyadakı Amerika bazasına pilotsuz təyyarə hücumuna cavab olub. Zərbələr pilotsuz təyyarələrlə komanda-nəzarət məntəqələrinə, kəşfiyyat mərkəzlərinə və anbarlara endirilib.

Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, ABŞ-nin İordaniyadakı bazasına hücumundan sonra İraq və Suriyadakı hədəflərə zərbələr endirməsi cavab tədbirlərinin yalnız başlanğıcıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR