ADA Məktəbinin şagirdi Tural Zeynallı vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkə səhifələrində məlumat verilib.
“Tural yalnız dərslərində yüksək nailiyyətlər qazanan, akademik uğurları ilə seçilən istedadlı bir şagird deyil, həm də mehriban, tərbiyəli və nümunəvi davranışı ilə hər kəsin qəlbində iz qoyan bir gənc idi”, - məlumatda qeyd olunub.
Şagirdin hansı səbəbdən vəfat etməsi bildirilməyib.