• Bakı C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.736

    RUB - 1.668

Adam öldürüb Türkiyəyə qaçan şəxsə 12 il həbs verildi

HADİSƏ

13 Yanvar 2025 | 13:50

Adam öldürüb Türkiyəyə qaçan şəxsə 12 il həbs verildi

Ötən ilin yanında Naxçıvanın Babək rayonu Tumbul kəndində 31 yaşlı Rahib Abdullayevi bıçaqlayaraq öldürən 1974-cü il təvəllüdlü Kərim Hüseynovun məhkəməsi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisəni törədən şəxs Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Kərim və Rahib hadisə vaxtı sərxoş halda olublar.

Onların arasında söyüş üstündə mübahisə düşüb. Dava-dalaş zamanı Kərim Rahibə bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

K.Hüseynov hadisədən dərhal sonra Türkiyəyə keçsə də, orada tutularaq Naxçıvanın hüquq-mühafizə orqanlarına təhvil verilib.

Məhkəmənin ötən həftə çıxardığı hökmlə K.Hüseynova 12 il həbs cəzası verilib.


SON XƏBƏRLƏR