Müğənni Afət Fərmanqızının həyat yoldaşı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ona maraqlı hədiyyə edib.
Bakıvaxtı.az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, həyat yoldaşı ona qaz alıb. Afət Fərmanqızı qeyd edib ki, əslində qazdan və ördəkdən diksinir.
Müğənni paylaşdığı videoda qazı boynuna bağlanmış iplə saxlayaraq qadınları bayram münasibətilə təbrik edib.
Qeyd edək ki, bu, Afət Fərmanqızının ikinci evliliyidir.
Bakı 




