• Bakı C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

AFFA hakimləri təhqir edən məşqçini cəzalandırdı

İDMAN

11 Fevral 2026 | 20:15

AFFA hakimləri təhqir edən məşqçini cəzalandırdı

AFFA hakimləri təhqir edən məşqçini 5 oyunluq cəzalandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Fevralın 8-də AFFA U-14 Liqasında baş tutan "Qaradağ Lökbatan" – "Araz Bakı UFK" görüşü başa çatdıqdan sonra qonaq komandanın köməkçi məşqçisi Ramin Fərruxlu hakimləri təhqir edib.

Bu hərəkətinə görə onun növbəti 5 oyuna buraxılmaması barədə qərar qəbul olunub.


SON XƏBƏRLƏR