• Bakı 19° C

    5.28 m/s

  • USD - 1.7

    EUR - 1.9785

    RUB - 2.3681

AFFA üç kluba texniki məğlubiyyət verdi

İDMAN

03 Iyun 2026 | 16:31

AFFA üç kluba texniki məğlubiyyət verdi

AFFA U-16 Qızlar Liqasında və AHFF-nin təşkil etdiyi ölkə çempionatında baş tutan oyunlarda qeydə alınan qayda pozuntularına görə 3 kluba texniki məğlubiyyət verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Qərara əsasən, AFFA U-16 Qızlar Liqasında mayın 28-də keçirilməsi nəzərdə tutulan "Şəfa" – "Turan Tovuz" oyunu meydan sahibləri tərəfindən həkim briqadası və mühafizə ilə təmin edilmədiyi üçün baş tutmayıb və "Şəfa"ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

AHFF-nin təşkil etdiyi ölkə çempionatında mayın 30-da keçirilən "Real" – "Qaradağ Şıxlar" matçında "Real"ın heyətində iştirak hüququ olmayan oyunçu çıxış etdiyi üçün klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Eyni turnir çərçivəsində mayın 31-də baş tutan "Aran Beyləqan" – "Füzuli" görüşündə isə "Füzuli"nin heyətində iştirak hüququ olmayan futbolçu oynadığı üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.


SON XƏBƏRLƏR