• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ağcabədi sakinindən 7 kq marixuana götürülüb - FOTO

HADİSƏ

02 Avqust 2022 | 09:50

Ağcabədi sakinindən 7 kq marixuana götürülüb - FOTO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir rayon sakinindən 7 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakini Novruz Hüseynov saxlanılıb.

İlkin olaraq onun üzərindən marixuana aşkar edilib. Onun ətrafında davam etdirilən araşdırmalarla rayon ərazisində gizlətdiyi narkotik də müəyyən olunub.
Həmin əraziyə baxış keçirilən zaman 7 kiloqram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Ağcabədi sakinindən 7 kq marixuana götürülüb - FOTOAğcabədi sakinindən 7 kq marixuana götürülüb - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026