• Bakı 20° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Ağcabədidə çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxs saxlanılıb

HADİSƏ

28 Sentyabr 2024 | 14:35

Ağcabədidə çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxs saxlanılıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarını keçirdikləri tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Məhəmməd Əliyev saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, onun yaşadığı ünvana baxış zamanı həyətyanı sahəsindən aqrotexniki qulluqla yetişdirilən çətənə bitkiləri və evindən marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR