• Bakı 29° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Ağdamda 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verildi

SİYASƏT

18 Iyul 2025 | 12:48

Ağdamda 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam şəhərində 1 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, bu binanın da inşası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib. Körpələr evi-uşaq bağçası binasının inşasına ötən ilin fevralında başlanılıb.

Bu ilin fevralında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binanın tikintisində işlərin gedişi ilə tanış olublar.

Məktəbəqədər təhsil müəssisəsinin binasında balacaların rahatlığının təmin olunması, həmçinin təlim-tərbiyə prosesinin yüksək səviyyədə aparılması üçün zəruri şərait yaradılıb. Binada oyun və yataq otaqları, musiqi, rəqs və idman zalları var.

İşğaldan azad olunmuş torpaqlarımızda əhalinin məskunlaşması ilə yanaşı, məktəbəqədər tərbiyə müəssisələrinin inşası istiqamətində ardıcıl işlər görülür. Belə layihələr, eyni zamanda, bu ərazilərdə icra edilən bərpa-quruculuq işlərinin tərkib hissəsi olmaqla da mühüm əhəmiyyət daşıyır.


SON XƏBƏRLƏR