• Bakı 20° C

    6.54 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Ağdaşda qadın qeysəriyyə əməliyyatından sonra öldü - YENİLƏNİB

HADİSƏ

21 Fevral 2024 | 17:16

Ağdaşda qadın qeysəriyyə əməliyyatından sonra öldü - YENİLƏNİB

Fevralın 18-də saat 08:44 radələrində 1991-ci il təvəllüdlü Ağdaş rayonu, Hapıtlı kənd sakini (qadın cinsli) Təcili yardım briqadası tərəfindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə gətirilib.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib.

Məlumata görə, ona 43-44 həftəlik hamiləlik, uşaqlığın cırılma təhlükəsi, ölü döl, intoksikasiya, kəskin qan itirmə diaqnozları qoyularaq Ginekologiya və doğum şöbəsinə yerləşdirilib.

"Vətəndaş saat 11:30 radələrində "Qeysəriyyə kəsiyi" əməliyyatı ilə doğuşdan azad edilərək Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılmış reanimasyon tədbirlərə baxmayaraq zahı qadının 21.04.2024-cü il tarixində saat 10:13 radələrində bioloji ölümü qeydə alınıb", - deyə TƏBİB-in məlumatında qeyd olunur..

***

15:27

Fevralın 18-də Ağdaş rayonu, Hapıtlı kənd sakini 1991-ci il təvəllüdlü Nübar Mərdanovanın Ağdaş Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Doğum şöbəsində ölü uşaq doğması, bu gün günorta saatlarında isə Nübar Mərdanovanın müalicə aldığı həmin xəstəxanada ölməsi faktları üzrə Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

14:57

...

Ağdaş sakini qeysəriyyə əməliyyatından sonra ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Ağdaş rayon mərkəzi xəstəxanasında baş verib. Rayonun Hapıtlı kənd sakini, 1991-ci il təvəllüdlü Mərdanova Nübar Qasım qızı qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    24 Aprel 2024