• Bakı 20° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Ağdərədə FHN-nin maşını aşdı: Nazirliyin 1 əməkdaşı öldü, 4-ü yaralandı - YENİLƏNİB+VİDEO

HADİSƏ

14 Sentyabr 2024 | 19:37

Ağdərədə FHN-nin maşını aşdı: Nazirliyin 1 əməkdaşı öldü, 4-ü yaralandı - YENİLƏNİB+VİDEO

14 sentyabr 2024-cü il tarixində saat 13:00 radələrində Ağdərə rayonu, Çardaqlı kəndində açıq ərazidə baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 1 ədəd “Kamaz” markalı yanğınsöndürmə avtomobili qəza edib.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan yanğınsöndürən - 1983-cü il təvəllüdlü Allahverdiyev Elsevər Qəşəm oğlu həyatını itirib, 4 nəfər yanğınsöndürən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan yanğınsöndürənlər müvafiq tibbi yardımın göstərilməsi məqsədilə təcili olaraq Nazirliyin Aviasiya dəstəsinin helikopteri ilə həkimlərin müşayiəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə təxliyə olunublar.

 

***18:41

Ağdərə ölümlə nəticələn yol qəzası baş verib.

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə Ağdərə-Tərtər yolunda qeydə alınıb.

Hərəkətdə olan, Fövqəladə Hallar Nazirliyinə məxsus avtomobil aşıb.

Qəza nəticəsində 2 nəfər FHN əməkdaşı ölüb.

 


SON XƏBƏRLƏR