• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Ağırtonnajlı maşın qadının üzərindən keçdi - ANBAAN VİDEO

HADİSƏ

22 Aprel 2024 | 13:50

Ağırtonnajlı maşın qadının üzərindən keçdi - ANBAAN VİDEO

Aprelin 17-si saat 22 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində N.Dadaşov idarə etdiyi “Howo” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən 35-40 yaşlı qadını vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən baku.ws-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Ürəyi zəif olanların videoya baxmaması tövsiyyə olunur. 


SON XƏBƏRLƏR