Ağız boşluğunun gigiyenası tam təmin edilmədikdə pis qoxu yarana bilər.
Bakıvaxtı.az xəbər verir ki, ağız qoxusu problemi birdən çox səbəbdən yarana bilər.
Məlumata görə, qısa müddətdə həll edilmədikdə xroniki hala gələn və ağızda davamlı pis qoxuya səbəb olan bu vəziyyətdən xilas olmaqda tək diş məcunu və ya qarqara kimi üsullar təsirli deyil.
Belə ki, bəzi təbii üsullar sayəsində ağız qoxusundan tamamilə xilas olmaq mümkündür:
Nanə çeynəmək:
Nanə təzə teksturası və sağlam tərkib hissəsi ilə ağız qoxusunu neytrallaşdırmağa kömək edir. Ağız qoxusundan xilas olmaq üçün təzə nanə yarpaqlarını çeynənilə bilər. Bu üsulu yeməkdən sonra tətbiq etmək xüsusilə təsirli olacaq.
Soda:
Soda ağızda pH balansını qorumağa kömək edir. Təbii diş məcunu funksiyasını yerinə yetirən sodanı su ilə qarışdırıb qarqara kimi də istifadə etmək mümkündür. Yarım çay qaşığı soda bir stəkan suya qarışdırılaraq qarqara edilir. Soda ağız qoxusuna səbəb olan bakteriyaları yox edir.
Alma sirkəsi:
Ağız qoxusuna səbəb olan bakteriyaları aradan qaldırmaq üçün alma sirkəsindən də kömək alına bilər. Bu üsulu tətbiq etmək üçün bir xörək qaşığı alma sirkəsini 1 stəkan su ilə qarışdırıb qarqara edə bilərsiniz.
Limon:
Limonun antibakterial xüsusiyyəti var. Bu sayədə ağız qoxusuna səbəb olan bakteriyaları asanlıqla aradan qaldıra bilərsiniz. Ağız qoxusundan xilas olmaq üçün limondan istifadə etmək istəyənlər limonu bir stəkan ilıq suya sıxıb içə bilərlər. Səhərlər ac qarına limonlu su içmək həmçinin enerji verir.
Mina Mikayılova