Ağız qoxusu müxtəlif səbəblərdən yarana bilər.
Bakıvaxtı.az xəbər verir ki, ağızdan pis qoxu gəldiyi zaman yalnız diş məcunu və ağız qarqarasından istifadə etmək kifayət deyil.
Ağız qoxusundan tamamilə xilas olmağın açarı sayılan təbii üsullar sayəsində ağız qoxusu problemi qısa zamanda həll olur:
Cəfəri: Cəfərinin tərkibindəki xlorofil ağız qoxusunu neytrallaşdırır. Ağız qoxusundan xilas olmaq üçün ağzınıza az miqdarda cəfəri qoyub çeynəmək kifayətdir.
Soda: Soda ağız qoxusuna səbəb olan bakteriyaları təmizləməyə kömək edir. Bu üsulla ağız qoxusunu həyatınızdan çıxarmaq üçün bir stəkan suya yarım çay qaşığı soda əlavə edib qarqara etmək lazımdır. Daimi istifadə ilə ağız qoxusunu tamamilə aradan qaldırmağa kömək edir.
Alma: Alma təbii antibakterialdır. Ağızda tüpürcək əmələ gəlməsini də tetikləyərək ağzı təmizləyir.
Darçınlı su: Darçın təbii antibakterial olaraq da tanınır. Ağız qoxusunu darçınla aradan qaldırmaq üçün 1 stəkan qaynar suya 1 çubuq darçın əlavə edib 5-10 dəqiqə dəmləmək lazımdır.
Mina Mikayılova