Ağstafa rayonundan Bakıvaxtı.az-ın redaksiyasına şikayət daxil olub.
Sakinlər Ağstafa şəhəri, Rafael Əsədov küçəsində acınacaqlı vəziyyətdən, xüsusən də bərbad yollardan və zibil yeşiklərinin yoxluğundan gileylənirlər.
Problemlə bağlı redaksiyamıza müraciət edən şikayətçi bildirib ki, artıq iki aydan çoxdur ki, yollara asfalt çəkilmir və zibil qutuları quraşdırılmır:
“ Asfalt çəkmirlər, zibil yeşiyi də yoxdur”.
Sakinlərin sözlərinə görə, bu problem yalnız həmin küçə ilə məhdudlaşmır, rayonun bir çox küçəsində vəziyyətin eyni halda olduğu iddia edilir.
Qeyd edək ki, şikayətçinin sözlərini təsdiqləyən görüntülər də redaksiyamıza təqdim edilib. Görüntüləri təqdim edirik:
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
Murad İsmayıl




