• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Ağsuçay məcardan çıxdı - Kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsildi

HADİSƏ

27 Iyun 2024 | 15:27

Ağsuçay məcardan çıxdı - Kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsildi

Bir neçə gündür aramsız yağan yağışlar nəticəsində çaylardan sel keçir.

Bakıvaxtı.az xəbər verir ki, belə çaylardan biri də Ağsu rayonu ərazisindən keçən eyniadlı çaydır.

Aramsız yağan leysan yağışlarından sonra dağlardan gələn sel suları Ağsuçayda suyun səviyyəsini artırıb. Nəticədə Ağsuçay Arat-Curuxlu kəndinin ərazisində məcrasından çıxıb, kəndə gedən avtomobil yolu keçilməz olub. Əkin sahələri su altında qalıb, Maşadqanlı kəndi ilə rayon mərkəzinin əlaqəsi kəsilib.

Əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib, yolun açılması istiqamətində iş görülür.


SON XƏBƏRLƏR

29 Iyun 2024