• Bakı 20° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Aİ-dən aviaşirkətlərə: Livan və İsrail hava məkanında uçuş etməyin

DÜNYA

28 Sentyabr 2024 | 15:40

Aİ-dən aviaşirkətlərə: Livan və İsrail hava məkanında uçuş etməyin

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi aviaşirkətlərə Livan və İsrail hava məkanında uçuşlardan çəkinməyi tövsiyə edib.

Bakıvaxtı.az bu barədə agentliyin məlumatına istinadən xəbər verir.

“Mövcud şəraitdə Avropa Komissiyası və Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi Livan və İsrailin hava məkanında uçuşlar həyata keçirməməyi tövsiyə edən bülleteni dərc etməyi qərara alıb”, - agentlik vurğulayıb.

Qurum bu tövsiyəni İsraillə “Hizbullah” arasında münaqişənin kəskinləşməsi fonunda verib.(report)


SON XƏBƏRLƏR