• Bakı 18° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Aİ Ədalət Məhkəməsindən FİFA-ya qarşı QƏRAR

İDMAN

04 Oktyabr 2024 | 15:26 | Müəllif: Əli Hüseynov

Aİ Ədalət Məhkəməsindən FİFA-ya qarşı QƏRAR

Avropa İttifaqının (Aİ) Ədalət Məhkəməsi Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) bəzi qaydalarının Aİ qanunvericiliyinə zidd olduğu barədə qərar verib.

Bakıvaxtı.az quruma istinadla xəbər verir ki, Ədalət Məhkəməsi Belçikanın Mons şəhərindəki Apellyasiya Məhkəməsi tərəfindən çıxarılan keçmiş fransız futbolçu Lassana Diarranın işi ilə bağlı qərarını açıqlayıb.

Qərarla bağlı yazılı açıqlamada qeyd edilib: 

"Fransada yaşayan keçmiş peşəkar futbolçu Belçika məhkəmələrində FİFA-nın qəbul etdiyi bəzi qaydalara etiraz edib. Futbolçu bu qaydaların Belçika futbol klubunda işə götürülməsinə mane olduğunu müdafiə edib".

Bildirilib ki, FİFA-nın sözügedən qaydalarında futbolçunun müqaviləni üzrlü səbəb olmadan pozaraq yeni klubu ilə müqavilə imzalaması halında köhnə klub həm futbolçudan, həm də yeni klubdan təzminat tələb edə bilər.

Növbəti prosesdə Mons Apellyasiya Məhkəməsi işə baxacaq və Ədalət Məhkəməsindən alınan rəyə uyğun qərar verəcək.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026