• Bakı 25° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Aİ Rusiyanın 22 vətəndaşına sanksiya tətbiq edəcək

DÜNYA

15 Iyul 2025 | 13:11

Aİ Rusiyanın 22 vətəndaşına sanksiya tətbiq edəcək

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Rusiyanın 22 vətəndaşına, həmçinin Moldova və İran vətəndaşlarının bir qrupuna qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro Brüsseldə nazirlərin görüşü öncəsi bildirib.

Onun sözlərinə görə, iyulun bu gün Brüsseldə Avropa İttifaqı altı rusiyalı hakimin Avropa ərazisinə daxil olmasına qadağa qoyacaq və onların aktivlərini donduracaq. Həmin hakimlər ifadə azadlığını pozmaqda ittiham olunurlar.

Bundan əlavə, Aİ Avropada dezinformasiya və sabitliyi pozmaq məqsədi ilə fəaliyyət göstərməkdə günahlandırılan daha 16 rusiyalıya qarşı da sanksiyalar tətbiq edəcək.


SON XƏBƏRLƏR