• Bakı 18° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Aİ Rusiyanın dondurulmuş aktivlərindən istifadə edəcək

DÜNYA

19 Sentyabr 2024 | 17:45

Aİ Rusiyanın dondurulmuş aktivlərindən istifadə edəcək

Aİ Ukraynanın enerji infrastrukturunda dondurulmuş Rusiyanın aktivlərindən 100 milyon avro istifadə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula von der Leyen bildirib.

O, diqqətə çatdırıb ki, Avropa İttifaqı (Aİ) qış dövrünə qədər enerji infrastrukturunun təmiri və bərpa olunan enerji üçün Ukraynaya ümumilikdə 160 milyon avro verəcək. 

Bildirilib ki, bunun 100 milyon avrosu Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən olacaq. 

Müharibə başlayandan bəri Rusiyanın Ukraynanın enerji infrastrukturunu hədəf aldığını bildirən fon der Leyen Ukraynanın bütün enerji infrastrukturunun yarısının məhv edildiyini deyib.

Qış dövrünün yaxınlaşdığını və Ukraynanın enerji sistemini daha davamlı hala gətirməyi hədəflədiklərini vurğulayan von der Leyen bildirib ki, Ukraynanın bu qış üçün 17 giqavat gücə ehtiyacı var:

"Bu gün elan edirəm ki, bu qış üçün təxminən 160 milyon avro əlavə vəsait ayıracağıq. Buraya 60 milyon avro sığınacaq və qızdırıcılar üçün humanitar yardım daxildir. Bunun təxminən 100 milyon avrosu təmir işlərinə ayrılacaq",- deyə o, qeyd edib.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR

19 Sentyabr 2024