• Bakı 26° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Aİ Rusiyaya görə Azərbaycan şirkətinə sanksiya tətbiq etdi

İQTİSADİYYAT

19 Iyul 2025 | 09:05

Aİ Rusiyaya görə Azərbaycan şirkətinə sanksiya tətbiq etdi

Avropa İttifaqı Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyalar paketi çərçivəsində Azərbaycan, Hindistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur və Mavrikiyadan olan 18 xarici şirkətə qarşı sanksiya tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Aİ-nin rəsmi jurnalında yer alıb.

Sanksiyaya məruz qalan Azərbaycan şirkəti "Aqua Fleet Management"dir.

Çinin "Bellatrix Energy", "Zhu Jiang Shipmanagement", "ACE Electronic HK", "Wuhan Global Sensor Technology" və "Shandong ODES Industry", Hindistanın "Intershipping Services Hub Private" və "Nayara Energy", Mavrikiyanın "Redbird Corporate Services" və "Sapang Shipping" Sinqapurun "2Rivers PTE", BƏƏ-nin "Intershipping Services", "Twister Shipmanagement", "Admiral Group", "Milavous Group", "2Rivers DMCC", "Monolink Group" və "Tarabya Logistics" şirkətləri də 18-ci sanksiyalar paketində yer alıb.


SON XƏBƏRLƏR

02 Sentyabr 2025