• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Aİ səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

SİYASƏT

19 Mart 2023 | 09:44 | Müəllif: Subhan Mahmudov

Aİ səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, Aİ səfiri təbrik videosunu özünün tvitterdəki səhifəsində yerləşdirib.

“Əziz Azərbaycan xalqı, bahar ətirli, sevgi dolu Novruz üzünüzə gülsün. Süfrəniz bərəkətli, ruziniz bol olsun!

Əzizinəm yaz gəlsin,

Yaz gəlsin, bahar gəlsin,

Bu Novruz bayramında,

Qəm getsin, sevinc gəlsin.

Novruz bayramınız mübarək olsun!” - Peter Mixalko paylaşımında deyib.

Səfir sonda xanımıyla Novruz ənənələrindən olan yumurta döyüşdürüb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026