"Avropa İttifaqı sülhməramlı missiyalara ehtiyac duymur".
Bakıvaxtı.az xəbər verir ki, bunu Litvanın xarici işlər nazirinin müavini Simonas Şatunas deyib.
Məlumata görə, Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının iclası başlamazdan əvvəl Şatunas Macarıstanın baş naziri Viktor Orbanın Kiyev və Moskvaya səfərlərini tənqid edib.
Diplomat Aİ-də “həmrəylik strategiyasının” olmamasına diqqət çəkib.
“Bizə daha sülh missiyaları lazım deyil, bizə Aİ siyasətinin möhkəm birliyi lazımdır”, - Litva Xarici İşlər Nazirliyinin rəhbərinin müavini bildirib.
O, assosiasiyanı Ukraynadakı münaqişə ilə bağlı dəqiq strategiya formalaşdırmağa çağırıb.
Mina Mikayılova




jpg-1724232175.webp)









