• Bakı 22° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

AİB Tacikistana 15 milyon dollar qrant verəcək

İQTİSADİYYAT

08 Oktyabr 2024 | 16:36

AİB Tacikistana 15 milyon dollar qrant verəcək

Əlavə maliyyələşdirmə Tacikistanın Suqd yarımstansiyası ilə Özbəkistanın Yeni Sırdərya yarımstansiyası arasında 22 kilometr uzunluğunda 500 kilovoltluq yeni elektrik ötürücü xəttinin tikintisinə imkan verəcək.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankı (AİB) bəyanat yayıb.

Bəyanata görə, layihə Mərkəzi Asiya İƏT ölkələri arasında elektrik enerjisinin ixracı və idxalı üçün imkanları artıracaq. Həmçinin elektrik enerjisinin kəsilməsinə səbəb olan şəbəkə nasazlığının qarşısını almaq üçün infrastrukturu gücləndirəcək.

Layihə Tacikistanın enerji sisteminin regionda bərpa olunan enerjinin rahat inteqrasiyası üçün enerji və tezliklərə nəzarət xidmətləri göstərməyə hazır olmasını təmin edəcək. Bu,  uzunmüddətli perspektivdə Tacikistandakı Roqun SES-in elektrik enerjisinin ötürülməsi sxeminin əsas komponentinə çevriləcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR