Fransız hava yolu şirkəti "Air France" təhlükəsizlik problemlərinə görə Livan və İsrailə bütün uçuşları müvəqqəti dayandırıb.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib.
Bildirilib ki, "Air France" bu qərarı Livanda peycerlərin partlamasından sonra təhlükəsizliklə bağlı narahatlıqlara görə verib. Uçuşların bərpası bölgədəki vəziyyətin gündəlik qiymətləndirilməsindən asılı olacaq.
"Air France" uçuşları ləğv edilən sərnişinlərə müvafiq olaraq məlumat veriləcəyini və biletlərinin geri qaytarılması və ya daha sonrakı bir tarixə təxirə salınması variantının təklif ediləcəyini açıqlayıb.
Gülşən Şərif