Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına (AKTA) yeni icraçı direktor təyin edilib.
Bakıvaxtı.az bu barədə assosiasiyaya istinadən xəbər verir.
Məlumata görə, bu vəzifə Rauf Cabarova həvalə edilib.
Bildirilir ki, həmçinin AKTA-nın operativ fəaliyyətinin və sistemli inkişafının təmin edilməsi məqsədilə təşkilat daxilində struktur dəyişikliyi aparılaraq, İcra Aparatı formalaşdırılıb.
Ümumi yığıncağın qərarına əsasən, İdarə Heyətinin sədr müavini Rauf Cabarov AKTA-nın icraçı direktoru vəzifəsinə təyin edilib.
Xatırladaq ki, bundan əvvəl R.Cabarov AKTA-nın İdarə heyətinin sədrinin müavini olub. O, bu vəzifədə Elvin Balacanovu əvəz edib.