• Bakı C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Aktau qəzası ilə bağlı YENİ XƏBƏR- Təzminat ödənilməyəcək?

SİYASƏT

26 Dekabr 2025 | 17:07

Aktau qəzası ilə bağlı YENİ XƏBƏR- Təzminat ödənilməyəcək?

9 oktyabr tarixində İlham Əliyevlə Vladimir Putin arasında baş tutan ilk görüş zamanı Rusiya prezidenti bu hadisə ilə bağlı əlində olan son məlumatları təqdim edib. O bildirib ki, həmin məlumatları Rusiya hərbi qurumlarından görüşdən iki gün əvvəl əldə edib. Putin qeyd edib ki, Rusiya hava məkanında pilotsuz uçuş aparatı müşahidə olunub, lakin təyyarənin vurulmasının səbəbi Rusiya hava məkanında hava hücumundan müdafiə sistemlərinin səhvi ilə izah edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən danışıb.

Nazirin sözlərinə görə, Rusiya prezidenti bildirib ki, təyyarənin vurulması ilə bağlı materialların aidiyyəti dövlət orqanlarına təqdim edildiyi və məsələnin hərtərəfli araşdırılması, hüquqi qiymətin verilməsi üçün müvafiq istintaq və komissiya mexanizmləri işə salınıb:

“Biz hesab edirik ki, bu açıqlama iki ölkə arasında münasibətlər baxımından mühüm və əhəmiyyətli məqamdır. Gözləntimiz ondan ibarətdir ki, məhz bu açıqlamaya uyğun şəkildə proseslər şəffaf aparılsın və məsələ tam şəkildə aydınlaşdırılsın”.

Ceyhun Bayramov qeyd edib ki, bu yaxınlanrda Rusiya İstintaq Komitəsi tərəfindən imzalanmış məktub Azərbaycan tərəfinə təqdim olunub. Həmin məktubda bəzi məqamlar ciddi suallar və təəccüb doğurur:

“Xüsusilə qeyd olunmalıdır ki, bu işlə bağlı cinayət işi barədə Azərbaycan Prezidentinə məlumatın verilməsi müəyyən vaxtdan sonra baş tutub ki, bu da əlavə suallar yaradır. Bununla belə, bütün bu məqamları nəzərə alaraq, biz bu mərhələdə əlavə nəticələr çıxarmağa tələsmirik. Sözügedən məktuba cavab olaraq Azərbaycan tərəfi müvafiq qurumlar vasitəsilə əsaslandırılmış və rəsmi mövqeyini təqdim edib və proses üzrə əlaqələr davam etdirilir. Ümumilikdə isə əsas gözləntimiz dəyişməz qalır: hadisənin tez bir zamanda hərtərəfli araşdırılması, bütün suallara aydınlıq gətirilməsi, mövcud kompensasiyaların ödənilməsi və nəticədə bu məsələyə obyektiv hüquqi qiymətin verilməsidir. Biz məhz bu çərçivədə prosesin başa çatdırılmasını gözləyirik”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR