• Bakı 24° C

    6.16 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Aktyor Corc Kluni Baydeni "namizədliyini geri götürməyə" çağırıb

DÜNYA

11 Iyul 2024 | 09:51 | Müəllif: Əli Hüseynov

Aktyor Corc Kluni Baydeni "namizədliyini geri götürməyə" çağırıb

 

 Aktyor Corc Kluni Co Baydenə çağırış edib.

Bakıvaxtı.az "Reutetrs"ə istinadən xəbər verir ki, Demokratlar Partiyasının xeyriyyə aksiyalarının aparıcı simalarından biri olan aktyor bu barədə açıqlama verib.

Kluni öz açıqlamasında Baydenlə çox yaxşı dost olduğunu, onun hakimiyyəti dövründə çox böyük işlər gördüyünü bildirib. Lakin, onunla birlikdə ABŞ-nin idarə edilə bilməyəcəyini vurğulayıb:

"O, çox döyüşlər qazanıb. Amma, Bayden zamana qarşı müharibəyə qalib gələ bilmir. İllər öncə gördüyüm Baydenlə bu insan eyni deyil.Çox yorğundur. Bunları səsləndirmək lazımdır. Bu yaşla bağlıdır, başqa bir şey deyil. Biz bu prezidentlə noyabrda keçiriləcək seçkidə qalib gələ bilmərik"-, Kluni bildirib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026