• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ali Məhkəmə hakimlə bağlı yayılan məlumatlara münasibət bildirdi

SİYASƏT

29 Oktyabr 2021 | 16:37

Ali Məhkəmə hakimlə bağlı yayılan məlumatlara münasibət bildirdi

Azərbaycanın Ali Məhkəməsi məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatda deyilir:

"Azərbaycanın Ali Məhkəməsi son günlər sosial şəbəkələrdə yayılan Ali Məhkəmənin hakimi barəsində təhqiramiz, həqiqətə uyğun olmayan təsvirləri ilə bağlı öz qəti mövqeyini bildirməyi zəruri hesab edir.

Ali Məhkəmə hesab edir ki, bu cür saxtalaşdırılmış məlumatların yayılması cəmiyyətimizin dəyərlərinə zidd olan hərəkət olmaqla yanaşı, ümumilikdə dövlət hakimiyyətinin məhkəmə qoluna qarşı rəzil qəsd sayılmalıdır.

Yayılmış məlumatla bağlı lazımi tədbirlərin görülməsi üçün müvafiq dövlət qurumlarına müraciət edilib.

Ali Məhkəmənin hakimləri öz həmkarının və bütövlükdə məhkəmə hakimiyyətinin nüfuzunun ləkələnməsinə yönəlmiş belə cəhdləri qətiyyətlə pisləyir və həmvətənlərimizi belə uydurma məlumatları yaymaqdan çəkinməyə çağırırlar".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026