• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Allergik xəstəliklər irsidir?

CƏMİYYƏT

06 Mart 2024 | 15:17 | Müəllif: Qalib İbrahimoğlu

Allergik xəstəliklər irsidir?

“Allergik xəstəliklər irsi kecən, xroniki xəstəliklərdir. Genlər vasitəsiylə nəsildən nəsilə ötürülür”. 

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun allerqoloqu Çinarə Novruzova açıqlayıb.

Onun sözlərinə görə, nə kimi situasiyalarda allergik xəstəliklər astmaya kecə bilər sualı yarandıqda ilk növbədə hansı allergik xəstəliklərdən söhbət getdiyinə diqqət yetirməliyik:

“Bu prosess Astmaya doğru “allergik mars” olaraq adlanır.  Nə ücün bu şəkildə adlandırıldığına diqqət yetirsək, görərik ki, astmadan öncə uşaqda prosess digər allergik simptomlar şəklində müşahidə olunur.  Prosess kicik yaşlarda əsasən dəridə lokalizasiya olunur və  Atopik dermatit  adlanır. Atopik dermatit yeni doğulma dönəmindən müşahidə olunur. Xəstəliyin simptomları dəridə quruluq, səpgi və qaşınmadır. Kiçik yaşlarda bu şikayətlər üz nahiyyəsində, ətraf büküşlərində görünür. Bu reaksiyalar qidaya, istifadə olunan təmizlik vasitələrinə, geyim əşyalarına, yataq dəstlərinə və.s qarşı yarana bilər. İrəliləyən yaşlarda qoruyucu tədbirlər görülməsə, proses həm dəri səthində yayıla, həm də üst tənəffüs yollarında lokalizasiya oluna bilər. Üst tənəffüs yollarına lokalizasiya olunan reaksiyalar Allergik rinit adlanır. Xətəliyin simptomları burunda qaşınma, tutqunluq, şəffaf axıntının gəlməsi ilə müşahidə olunur. Bu şikayətlərdə eyni şəkildə Atopik dermatitdə qıcıqlandırıcı rol oynayan amillərin təsirinə məruz qalma zamanı yaranır”. 

Allerqoloq qeyd edib ki, bu mərhələlərdə uşaqlarda düzgün həyat tərzi, hipoallergik pəhriz və müalicə aparılmadıqda artıq növbəti mərhələ olan Astmanın yaranma ehtimalı arta bilir:

“Bu proses nəsildə astmadan əziyyət çəkən şəxs olduqda daha çox müşahidə edilir. Biz kiçik yaşlarda uşaqda atopiya hallarını gördükdə bu halı yaradan qidanı, ətraf mühit amillərini araşdırıb tapmalı və uşağdan kənarlaşdırmalıyıq. Əlavə olaraq xəstəlik barədə geniş məlimat verilməli, müalicə planımızı təyin etməliyik. Bu şəkildə yanaşma ilə uşaqlarda gələcəkdə Astma kimi xəstəliklərin inkişafı riskini azalda bilərik”.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026