• Bakı 14° C

    6.71 m/s

  • USD - 1.7

    EUR - 1.7711

    RUB - 1.629

Almaniya biomüxtəlifliyi maliyyələşdirmək üçün hər il 1 milyard avro ayıracaq

COP29

21 Noyabr 2024 | 17:45

Almaniya biomüxtəlifliyi maliyyələşdirmək üçün hər il 1 milyard avro ayıracaq

İqlim fəaliyyətini planlaşdırmasında sıx əməkdaşlıq lazımdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniyanın Ətraf Mühit, Təbiəti Mühafizə, Nüvə Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi üzrə Federal Naziri Seffi Lemke COP29 çərçivəsində təşkil olunmuş "Təbiət-müsbət gələcəyə nail olmaq üçün İqlim Fəaliyyəti və Biomüxtəlifliyin Qorunması və Paris Sazişinin Məqsədlərinə uyğunlaşdırılması" mövzusunda Qlobal Liderlər Dəyirmi Masasında bildirib.

Onun sözlərinə görə, gələn ildən Almaniya iqlimin maliyyələşdirilməsi öhdəliklərinin bir hissəsi olaraq biomüxtəlifliyi maliyyələşdirmək üçün hər il 1 milyard avro ayıracaq.

"Avropa Yenidənqurma və İnkişaf Bankı ilə təbiətə əsaslanan həllərdə özəl sektor investisiyaları üçün maliyyələşdirmə pəncərəsi üzərində işləyirik. Bu məsələdə Almaniyanın Ətraf Mühit Nazirliyi 8 milyon avro yardım edəcək. Biz təbiətə uyğun sərmayələr üçün maliyyə stimulları yaradırıq. İqlim fəaliyyəti və biomüxtəlifliyin qorunmasını əlaqələndirmək üçün aydın qərarlara ehtiyacımız var", - deyə qonaq qeyd edib.


SON XƏBƏRLƏR

23 Noyabr 2024