• Bakı 15° C

    13.11 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

Almaniya bu raketləri Ukraynaya verməyəcək! - Şolts

DÜNYA

18 Oktyabr 2024 | 12:12

Almaniya bu raketləri Ukraynaya verməyəcək! - Şolts

Almaniya kansleri Olaf Şolts bildirib ki, Berlin “Taurus” uzaqmənzilli qanadlı raketlərini Kiyevə ötürməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, Şolts bu barədə Brüsseldə Avropa İttifaqı sammitinin birinci günündən sonra keçirilən brifinqdə bildirib.

Bununla belə, o, Almaniya ABŞ-dan sonra Ukraynaya ən böyük silah tədarükçüsü olaraq qalacağını deyib.

"Almaniya Ukraynanın Avropada ən böyük dəstəkçisidir. Almaniya Kiyevə ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür. Belə də qalacaq. Lakin mən həmişə demişəm ki, Rusiya və Ukrayna arasında müharibənin Rusiya və NATO arasında müharibəyə çevrilməməsi üçün biz də tam məsuliyyət daşıyırıq. Bu mənim məsuliyyətim olaraq qalır”, - kansler vurğulayıb.

Onun sözlərinə görə, Almaniya sakinləri kanslerin hərəkətlərinin məsuliyyətli və ehtiyatlı olacağına arxalana bilərlər.

Şolts Ukrayna prezidenti Vladimir Zelenskinin münaqişəni təmkinlə həll etmək planını dəyərləndirib. O, planın ictimai müzakirəsinə qarşı çıxıb.


SON XƏBƏRLƏR