• Bakı 20° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8641

    RUB - 0.0176

Almaniya Ukraynaya hava hücumundan müdafiə sistemləri verib

DÜNYA

09 Oktyabr 2024 | 17:10

Almaniya Ukraynaya hava hücumundan müdafiə sistemləri verib

"Almaniya bir neçə "IRIS-T" hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil verib".

Bakvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Almaniya Müdafiə Nazirliyinin Ukrayna üzrə vəziyyət mərkəzinin rəhbəri Kristian Freydinq deyib.

O, Almaniyanın Kiyevə dəstəyinin yüksək səviyyədə davam etdirildiyini vurğulayıb:

"Ukraynaya iki hava hücumundan müdafiə sistemi "Iris-T SLM" və "SLS" təhvil verdik. Almaniya ilin sonuna qədər daha iki hava hücumundan müdafiə sistemini Kiyevə təhvil verməyi planlaşdırır. Bundan başqa, yüngül zirehli texnika və əsas tanklar, eləcə də xeyli miqdarda artilleriya sursatının tədarükü də davam edəcək".

Gülşən Şərif


SON XƏBƏRLƏR