Almaniyanın Bremen şəhərindəki məktəblərdə səs-küy salan uşaqları xəbərdar etmək üçün istifadə edilən "Səssiz tülkü" lövhəsi "Boz qurd" işarəsinə bənzədiyi üçün qadağan edilib.
Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, Bremendən olan alman ailələr uzun müddətdir bu işarənin icrasına son qoyulmasını tələb ediblər.
Alman Müəllimlər Assosiasiyasının prezidenti Stefan Düll keçən həftə ibtidai sinif və uşaq bağçası müəllimlərini lövhədən istifadədə daha həssas olmağa çağırıb. O, bidirib ki, uşaqları sakit olmağa təşviq etməyin başqa yolları da var.
Gülşən Şərif