• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Almaniyanın hava limanlarında polisin kompüter sistemi sıradan çıxıb

CƏMİYYƏT

03 Yanvar 2025 | 19:52 | Müəllif: Əli Hüseynov

Almaniyanın hava limanlarında polisin kompüter sistemi sıradan çıxıb

Almaniyanın bütün hava limanlarında federal polisinin kompüter sistemi sıradan çıxıb. 

Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, bu barədə “Bild” hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.

Qeyd olunub ki, bu problem polisin ölkəyə girişə nəzarət etmək üçün istifadə etdiyi sistemlərə təsir edib.

Almaniyada hava limanının təhlükəsizliyinə cavabdeh olan federal polis nümayəndəsi bildirib: “Həmkarlarımız bir çox şeyi əllə, sistemin əvvəllər etdiyi işləri görməyə məcburdurlar. Biz hələ də işin öhdəsindən gəlirik”.

Eyni zamanda, “WDR” yayım şirkəti Düsseldorf hava limanında xüsusilə təhlükəsizlik sektorunda uzun növbələrin olduğunu bildirir. Sərnişinlər təxminən iki saat gözləməli olurlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026