• Bakı 15° C

    1.58 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Bayramov-Mirzoyan danışıqlarının birinci raundu 4 saatdan çox davam edib - VİDEO - YENİLƏNİB

SİYASƏT

10 May 2024 | 20:56

Bayramov-Mirzoyan danışıqlarının birinci raundu 4 saatdan çox davam edib - VİDEO - YENİLƏNİB

Almatıda  Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların birinci raundu başa çatıb. 

Bakıvaxtı.az xəbər verir ki,  Ceyhun Bayramovun Ararat Mirzoyanla görüşü 4 saatdan çox davam edib.

Danışıqlar əvvəlcə Qazaxıstan XİN rəhbərinin iştirakı ilə baş tutub, daha sonra görüş təkbətək formatda davam edib.

Danışıqların ikinci raundu sabah baş tutacaq.

*** 15:32

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, görüş Qazaxıstanın Almatı şəhərində keçirilir.

    Qeyd edək ki, ikitərəfli görüşdən daha əvvəl Qazaxıstan xarici işlər nazirinin iştirakı ilə üçtərəfli görüş keçirilib.

    ***

    14:05

    Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb.

    Bakıvaxtı.az xəbər verir ki, “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundu keçirilir.

    Görüş Almatıda keçirilsə də, Qazaxıstan tərəfi vasitəçi deyil.APA


    SON XƏBƏRLƏR

    20 May 2024