• Bakı 21° C

    8.04 m/s

"Amazon" gəmiçilik şirkəti ilə əməkdaşlığı dayandırdı

DÜNYA

14 Sentyabr 2026 | 13:00 | Müəllif: Gülşən Şərif

"Amazon" gəmiçilik şirkəti ilə əməkdaşlığı dayandırdı

"Amazon Prime Air" şirkəti "Boeing 767-300" yük təyyarəsinin qəzaya uğramasından sonra yük təyyarəsini idarə edən şirkətlə əməkdaşlığını dayandırıb.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

Açıqlamaya görə, yük təyyarəsinin Florida ştatındakı Mayami Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından çıxması nəticəsində baş verən ölümcül qəzanın araşdırmaları davam edir. Təhlükəsizlik Şurasının müstəntiqlərinin araşdırmasına əsasən, pilotlardan biri uçuş-enmə zolağını aşmazdan əvvəl digərinə dəfələrlə təyyarənin həddindən artıq sürətlə hərəkət etdiyini bildirib.

Şirkətin baş direktoru Kit Uinters bildirib ki, onların prioriteti zərərçəkənlərə dəstək olmaq və hakimiyyət orqanlarına kömək etməkdir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026